2024-cü ildə ölkə üzrə 4,2 min təhsil müəssisəsi internet bağlantısı ilə təmin olunub.
Operativ Media Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, bunların 1,8 mini fiber-optik, 1,7 mini simsiz və 777-i ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.
Hesabata əsasən, dövlət investisiya xərcləri hesabına məktəblərin fiber-optik şəbəkəyə qoşulması intensivləşib.
Bildirilib ki, 2020-ci ildə fiber-optik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil etdiyi halda, hazırda bu göstərici 1,8 min olub.
Bundan başqa 2024-cü ildə təhsil müəssisələrinin əlavə 40 min ədəd kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılıb, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin sonuna ümumi təhsil müəssisələrində 9 şagirdə 1 kompüter düşüb.
2026-cı ilin sonuna isə bu nisbətin 1:6 olması nəzərdə tutulur.