İngiltərənin "Çelsi" klubu transfer çalışmalarına start verib.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" "Sportinq"in gənc futbolçusu Jeovani Kendanı transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

Razılaşmaya əsasən Kenda 2026-cı ilin yayında "Çelsi"yə qoşulacaq. 

17 yaşlı sağ cinah müdafiəçisiylə "Mançester Yunayted" də maraqlanırdı. Ancaq bu transferdə London klubu əlini daha tez tutub.