Ötən il 1300 nəfərdən çox şəxsə elektron nəzarət vasitələri tətbiq edilib.
Missiya.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 1,9 mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.