Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin keçirdiyi tenderin nəticəsi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, tender içməli suyun satın alınması məqsədi ilə keçirilirmiş. Belə ki, AYNA bu məqsədlə 49 min 224 manatlıq içməli su almaq fikrində olub. Həmin vəsaitə AYNA 6500 ədəd 18 litlik, 600 ədəd 0.33 litrlik qazlı, 2000 ədəd 0.33 lt-lik qazsız və 600 ədəd 1 litrlik su almağı planlaşdırırmış.
Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin nəticələrinin hansı səbəbdən ləğv etdiyi barədə açıq mənbələdə məlumat yerləşdirməyib. Yalnız tək qeydi bu olub ki, tender nəzarət orqanının qərarı ilə ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayevdir.