AZ

Azərbaycanda ötən il adi ipoteka kreditləri üzrə orta illik faiz məlum olub

 

2024-cü ildə Azərbaycanda dövlət xətti ilə verilən adi ipoteka kreditlərin orta illik faiz dərəcəsi 7,4 % təşkil edib.

Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

"Ötən il ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi təmin edilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi illik 8 % müəyyən olunsa da, bir sıra banklar daha aşağı faiz dərəcələri ilə (6-7%) ipoteka kreditlərinin verilməsini davam etdirib.

Bundan başqa, hesabat ilində şəxsi yığımı az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə tətbiq edilən zəmanət mexanizmində həm qiymətləndirmə standartlarının yumşaldılması, həm də zəmanət tariflərinin əhəmiyyətli dərəcədə azaldılması nəticəsində verilmiş zəmanətli ipoteka kreditlərinin məbləği 2023-cü illə müqayisədə 2 dəfə artıb.

Belə ki, hesabat ilində 275 sayda 28,3 milyon manatlıq (əvvəlki ilə nisbətən 147 sayda 14,3 milyon manatlıq) zəmanətli ipoteka krediti rəsmiləşdirilib.

Hesabat ilinin sonuna ipoteka kreditləşməsində müvəkkil təşkilat qismində 21 bank, 16 sığorta şirkəti və 19 qiymətləndirici şirkət iştirak edib.

Seçilən
1
3
missiya.az

4Mənbələr