2024-cü ildə qanunsuz dini təbliğatla məşğul olan 97 nəfər barəsində cinayət işi başlanıb.
AzPost -un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında Milli Məclisdə açıqlanan hesabatında deyilir.
Hesabata görə, 51 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb.Həmin şəxslərdən 255 ədəd dini ədəbiyyat, broşüra, jurnal, buklet, disk və digər əşyalar götürülüb.