AZ

2 yaşlı uşağı öpdülər, körpə kor oldu

İngiltərədə iki yaşlı körpə tanışının onu öpməsi ilə herpes virusuna yoluxub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, infeksiya onun sol gözünü itirməsinə səbəb olub.

Virusun yaratdığı zədə uşağın buynuz qişasının ön hissəsində 4 millimetrlik dəliyin əmələ gətirib.

Açıq yara zamanla bir çox infeksiyaya səbəb olub. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, körpə görmə qabiliyyətini itirib.

Gözündə qalan toxumanı qorumaq üçün həkimlər onun sol göz qapağını tikməli olublar. İndi onun ailəsi oxşar vəziyyətin baş verməməsi üçün digər valideynləri də məlumatlandırmağa çalışır.

Seçilən
16
operativmm.az

1Mənbələr