AZ

Media: Avropa İttifaqı Kiyevə yardım fondu yaratmaq istəyir

Bakı, 14 mart, AZƏRTAC

Brüssel Macarıstanın vetosundan yan keçmək üçün Ukraynaya könüllülük əsasında 20-40 milyard avroluq hərbi yardım fondu yaratmağı təklif edib.

AZƏRTAC xəbər verir ki, Euractiv portalının məlumatına görə, Avropa İttifaqına (Aİ) üzv ölkələr fondda iştirak edib-etməyəcəkləri barədə aprelin 30-dək qərar verməlidirlər.

Layihə sənədində qeyd olunur ki, 2025-ci ildə Aİ ölkələri Ukraynaya azı 20 milyard avro və ya Kiyevin ehtiyaclarından asılı olaraq 40 milyard avroyadək hərbi yardım ayıra bilər. Brüssel ilk addım kimi 2 milyon ədəd iriçaplı artilleriya mərmisi tədarük etmək üçün fonda 5 milyard avro köçürülməsini istəyir. Digər prioritetlərə hava hücumundan müdafiə vasitələri, raketlər, PUA-lar, döyüş təyyarələri və avadanlıqlara texniki qulluq daxildir.

Brüssel üzv ölkələrin layihədə “iqtisadi çəkilərinə uyğun olaraq iştirak edəcəyini” bildirib.

Seçilən
13
azertag.az

1Mənbələr