2024-cü ildə sertifikasiya imtahanının test mərhələsində keçid balını toplaya bilmədiyi üçün təkrar sertifikatlaşdırmaya cəlb edilən 7300 müəllimin 3400-ü uğur qazanıb.
AzEdu.az xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib.