AZ

Ötən il hasil edilən neft və qazın həcmi açıqlanıb

Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir.

"Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilib. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilib", - deyə Ə.Əsədov qeyd edib.

Milli.Az

Seçilən
0
6
milli.az

7Mənbələr