AZ

Geosiyasi dəyişikliklər müasir problemlərin qavranılmasına və həllinə təsir göstərir - Milo Cukanoviç

Bakı.Trend:

Geosiyasi dəyişikliklər müasir problemlərin qavranılmasına vəhəllinə təsir göstərir.

Trend xəbər verirki, bunu 1998–2002 və 2018–2023-cü illərdə Monteneqro prezidentiolmuş Milo Cukanoviç XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən"Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı söyləyib.

Onun sözlərinə görə, qlobal geosiyasətdə baş verən hazırkıdəyişikliklər gözlənilən olsa da, yenə də şok effekti yaradır.

"Ən mübahisli siyasi hədəflərdən biri odur ki, geosiyasigərginliklər konstitusiyanın yenidən nəzərdən keçirilməsi vəyamüasir siyasi sistemin əsaslarının yaradılması zamanı çox vaxtnəzərə alınmır. Strktural disfunksiyaların yaratdığı problemlər,çoxtərəfli yanaşma və dünya arxitekturasının, o cümlədən qlobalqeyri-sabitlik şəraitində demokratiyanın inkişafı üçün həlledicifaktora çevrilir",- deyə Milo Cukanoviç vurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Seçilən
0
1
az.trend.az

2Mənbələr