AZ

Putin atəşkəslə bağlı bəyanatlarında manipulyasiya edir - Zelenski

BAKI, TurkicWorld

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin ABŞ-ın təklif etdiyi müvəqqəti atəşkəs rejimi ilə bağlı bəyanatlarını “manipulyasiya” adlandırıb və Moskvanı atəşkəsi ləngitməkdə ittiham edib.

TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, xəbər verir ki, Zelenski Rusiyanın atəşkəs üçün irəli sürdüyü şərtlərin onu ya gecikdirmək, ya da tamamilə mümkünsüz etmək məqsədi daşıdığını bildirib.

O, Putinin açıq şəkildə atəşkəsi rədd etməyə hazırlaşdığını vurğulayaraq, Moskvanın bu prosesi uzatmağa çalışdığını deyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Vaşinqtonun Ukraynadakı atəşkəs təklifini “dəstəklədiyini” bildirsə də, bununla bağlı “həssas fikir ayrılıqları” və “ciddi sualların” hələ də mövcud olduğunu açıqlayıb.

ABŞ prezidenti Donald Tramp isə Moskvanın “doğru addım atacağına” ümid etdiyini bildirib.

Seçilən
13
turkic.world

1Mənbələr