"Macarıstan Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin ümumi müdafiəsini gücləndirmək səylərini dəstəkləyir, lakin bu məqsədlər üçün avropalıların gələcək nəsillərini maliyyə əsarətinə salacaq çox milyard dollarlıq kreditlərə qarşı çıxır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiostansiyasına müsahibəsində deyib.
"Macarıstan Aİ ölkələrinin birgə kredit götürməsinə, borc almasına və təkcə uşaqlarımızı deyil, nəvələrimizi də maliyyə əsarətinə salmasına razı olmamalıdır", - hökumət başçısı bildirib.
O qeyd edib ki, bu məsələyə ölkə parlamentində baxılacaq və onun qərarı martın 20-21-də Brüsseldə keçiriləcək Aİ-nin növbəti sammitində Macarıstanın mövqeyini müəyyən edəcək.