AZ

"Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyini gizlətmir"

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun Moskvada danışıqları bitirdikdən sonra təyyarəsinin Bakıya endiyi xəbəri təsdiqlənərsə, bu o demək olacaq ki, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində pay sahibi olmaq istəyir. Dünəndən başlayaq müxtəlif ölkələrin liderləri Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması xəbərinə münasibət bildirir, bunu alqışlayan bəyanatlar yayımlayırlar. Hazırda Donald Trampın başı Rusiya-Ukrayna müharibəsində atəşkəs razılaşmasının əldə olunmasına qarışsa da, Ağ Ev sahibi Cənubi Qafqazda əldə ediləcək sabitlikdə də rol almaq istəyə bilər".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Tramp özü üçün harda müsbət nəticə varsa, orda olmaq istəyir:

"Azərbaycan və Ermənistan Donald Tramp administrasiyası ilə isti münasibətlər qurmaq istəyirlər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında gələcək razılaşmada Vaşinqtonun hansıda formada iştirakına etiraz etməzlər. Buna baxmayaraq, gələcək sülh sazişinin imzalanması üçün ən uyğun məkan Türkiyədir. Ermənistan baş naziri Nikol Paşinyan qısa müddətdə Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyini gizlətmir. Ermənistan Azərbaycanla sülh sazişi imzalayarsa, Türkiyə də bu ölkə ilə sərhədi açacaq və diplomatik münasibətləri bərpa edəcək. Buna görə də Ankara və ya İstanbulda imzalanacaq sülh sazişi üçlü bir anlaşma mahiyyəti də daşıya bilər".

Vasif

Seçilən
11
1
redaktor.az

2Mənbələr