AZ

Mask ABŞ kəşfiyyatına da soxulur: Qovulmalar başladı

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) təşəbbüsü çərçivəsində ixtisar ediləcək növbəti agentlik ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

Telekanalın məlumatına görə, ötən həftə DOGE-yə nəzarət edən İlon Mask X səhifəsində “NSA-nın əsaslı təmirə ehtiyacı olduğunu” yazmışdı və sonra çərşənbə günü agentliyi ziyarət edib və rəhbəri ilə görüşüb.

Bildirilib ki, bəzi kəşfiyyat agentliklərinə müdafiə naziri Pit Heqsetin mülki personalı 5-8% azaltmaq tapşırığını yerinə yetirmək tapşırılıb. Qeyd olunur ki, NSA işçilərə erkən təqaüdə çıxmağı təklif etmək imkanını nəzərdən keçirir və MKİ artıq ixtisarlara başlayıb.

Seçilən
4
axar.az

1Mənbələr