AZ

İsrail ordusu 100-dən çox fələstinlini saxlayıb

İsrail təhlükəsizlik qüvvələri ötən həftə İordan çayının qərb sahilində 100-dən çox fələstinlini terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək həbs edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son bir həftə ərzində İsrailin Yəhudeya və Samariyada təhlükəsizlik qüvvələri 3 terrorçunu məhv edib, axtarışda olan 100-dən çox şübhəlini saxlayıb, onlarla silah-sursat ələ keçirib və onlarla terrorda şübhəli bilinənləri dindirib”, - deyə məlumatda bildirilir.

Hərbçilər vurğulayıblar ki, ordu və təhlükəsizlik xidmətləri İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İordan çayının qərb sahilində reydlər keçirməyə davam edəcək.

Seçilən
7
operativmm.az

1Mənbələr