AZ

Türkiyə Superliqasında XXVIII tura “Qalatasaray”ın oyunu ilə start veriləcək

Bakı, 14 mart, AZƏRTAC

Bu gün Türkiyə Superliqasında XXVIII tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, turnir cədvəlinin lideri “Qalatasaray” doğma meydanda “Antalyaspor”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İstanbul nəhəngi 66 xalla birinci pillədə qərarlaşıb. Qonaqlar isə 33 xalla 10-cu yerdədir.

Matçı baş hakim Ozan Ergün idarə edəcək.

Seçilən
5
azertag.az

1Mənbələr