AZ

Sədr müavini: Uşaqlar üçün yaradıcılıq və inkişaf imkanları genişlənir

Bakı, 14 mart, AZƏRTAC

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində daun sindromlu uşaqlar üçün təşkil olunmuş 10 günlük yaz düşərgəsinin bağlanış mərasimi keçirilir. Bu çərçivədə uşaqların inkişafına və onların yeni bacarıqlar qazanmasına yönəlmiş düşərgə uğurla yekunlaşır. Belə təşəbbüslər gənc nəslin maariflənməsi, sosial bacarıqlarının inkişafı və sağlam istirahəti baxımından böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva düşərgənin bağlanış mərasimində çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, düşərgənin əsas məqsədi uşaqların həm öyrənməsi, həm də əylənərək yeni bacarıqlara yiyələnməsi üçün əlverişli şərait yaratmaqdır. “Burada valideynlər də övladları ilə birlikdə maraqlı və faydalı vaxt keçirə bilirlər. Bizim əsas məqsədimiz uşaqlarımıza yeni imkanlar yaratmaq, onların potensialını üzə çıxarmaq və cəmiyyətə faydalı fərdlər kimi yetişmələrinə töhfə verməkdir. Düşərgə ilə bağlı aldığımız rəy və təəssüratlar da göstərir ki, iştirakçılar buradan böyük məmnuniyyətlə ayrılırlar. Gələcək illərdə də bu cür layihələrin davam etdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - deyə sədr müavini vurğulayıb.

 

 

Seçilən
4
1
azertag.az

2Mənbələr