AZ

Qərbi Avropanın ən qədim insanları

Qərbi Avropanın ən qədim insan qalıqları İspaniyanın şimalındakı Burqos şəhərinin Atapuerka bölgəsində tapılıb.

Kulis.az xəbər verir ki, ispan alimləri tərəfindən aşkar edilən qalıqların 1,1-1,4 milyon il əvvələ aid olduğu bildirilir.

Bu vaxta qədər Qərbi və Mərkəzi Avropada ən qədim insan növünün "Homo antecessor" (pioner insan) olduğu düşünülürdü. Son qalıqların isə "Homo affinis erectus" (“dik insan) kimi təsnif edilən yeni insan növünə aid olduğu aşkarlanıb.

Alimlərin fikrincə, qalıqlar erkən "Pleystosen" dövründə Qərbi Avropada ən az iki insan növünün mövcud olduğunu göstərir.

860.000 il əvvələ aid ən qədim fosillər 1994-cü ilin yayında Atapuerkadakı La Gran Dolina sahəsində aşkar edilmişdi.

Qeyd edək ki, Avrasiyada ilk dəfə hominidlərin (böyük meymunların) ən azı 1,8 milyon il əvvəl yaşadığı güman edilir.

Seçilən
2
kulis.az

1Mənbələr