Təxminən bir aya yaxındır ki, həbsdə olan azərbaycanlı türk fəal Salar Tahir Əfşar 300 milyon tümənlik girov müqabilində 2025-cü il martın 13-də axşam saatlarında Təbriz zindanından müvəqqəti olaraq azad edilib.
Gunaz.tv
Bu azərbaycanlı fəal fevralın 17-də Urmiyə kəşfiyyat qüvvələri tərəfindən iş yerində həbs edilib və bir gün sonra Təbriz Kəşfiyyat İdarəsinə təhvil verilib.
O, cəzasının çəkilməsi ilə bağlı bildiriş aldıqdan sonra Evin Prokurorluğunun 1 saylı şöbəsinə də çağırılıb.
Bu ilin yanvarında o, Tehran Əyaləti Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi tərəfindən "qanunsuz toplaşmaq və sövdələşmə" ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.