Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti rəqibi bəlli olub.


Rekord.az xəbər verir ki, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gələcək.


Qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.


Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.