AZ

"Real" Qyokeres üçün 100 milyon avro hazırlayır

"Real Madrid" "Sportinq"in isveçli hücumçusu Viktor Qyokereslə maraqlanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Fichajes.net" nəşri məlumat yayıb.

Məlumata görə, "kral klubu" 26 yaşlı futbolçunun transferi üçün 100 milyon avro hazırlayır.

2024/25 mövsümündə Viktor Qyokeres klub səviyyəsində 40 oyun keçirib, 39 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı onun dəyərini 75 milyon avro qiymətləndirir.

Daha əvvəl "Mançester Yunayted"in Viktor Gyokereslə maraqlandığı bildirilirdi.

Seçilən
3
operativmm.az

1Mənbələr