AZ

“Ermənistan sülh müqaviləsi ilə bataqlıqdan çıxacaq”

“Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra bataqlıqdan çıxacaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. 

“Ermənistan bu müqavilə ilə sülhü bərqərar edərək bata biləcəyimiz böyük və dərin bataqlıqdan çıxacaq”, - deyə erməni nazir qeyd edib. 

Xatırladaq ki, martın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakı və İrəvan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin artıq yekunlaşdığını bildirib. Onun sözlərinə görə, Ermənistan iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini Bakıya bildirib.

Daha sonra isə Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.

Seçilən
5
2
qafqazinfo.az

3Mənbələr