AZ

Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) vəADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində mütəmadi olaraqtəşkil olunan Xarici Siyasət Proqramının açılış mərasimi baş tutub.Açılış mərasimdə XİN-də əmək fəaliyyətinə yeni başlamış 58 gəncdiplomat iştirak edib.

Trend xəbərverir ki, ADA Universitetinin builki Xarici Siyasət Proqramınınməqsədi gənc diplomatların nəzəri və praktiki biliklərinitəkmilləşdirmək, gənc diplomatları ikitərəfli və çoxtərəflidiplomatiya üçün hazırlamaq, habelə onların müasir beynəlxalqarenada peşəkar fəaliyyətini dəstəkləməkdir.

Açılış mərasimində çıxış edən ADA Universitetinin Akademik işlərüzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri, İxtisasartırmaProqramının rəhbəri Aygün Hacıyeva proqram iştirakçılarınısalamlayaraq, onlara diplomatik fəaliyyətlərində uğurarzulayıblar.

Çıxışçılar indiyə qədər 2 minədək gənc, orta və yüksəkrütbəlidiplomatın, həmçinin otuzadək dövlət qurumunu təmsil edən dövlətqulluqçusunun Xarici Siyasət Proqramından faydalandığını diqqətəçatdırıblar. Eyni zamanda, İxtisasartırma Proqramının bugünədək 108ölkədən 500-ə yaxın xarici diplomat üçün də xüsusi proqramlartəşkil etdiyi, onların ölkəmizi daha yaxından tanımalarına faydaverdiyi bildirilib.

Açılış mərasimində çıxış edən XİN-in Kadrlar idarəsinin rəisiRaman Məmmədov nitqində gənc diplomatları təlimçilər tərəfindənveriləcək bilik və bacarıqlardan səmərəli şəkildə faydalanmağaçağırıb. Bu proqramın onların qarşılıqlı təcrübə mübadiləsi üçünəlverişli imkan olduğu bildirilib.

Tədbir zamanı proqramın məzmunu, əsas məqsədləri və proqramdangözləntilər barədə ətraflı məlumat verilib. Sözügedən kursların ADAUniversitetinin professor-müəllim heyəti, XİN, beyin mərkəzləri,beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri də daxilolmaqla 30-a yaxın təlimçi tərəfindən tədris olunacağıvurğulanıb.

Bu intensiv kurs həm nəzəri, həm də praktiki sessiyaları əhatəedəcək. Nəzəri sessiyalarda beynəlxalq siyasət və hüquq, xaricisiyasət, təhlükəsizlik, iqtisadiyyat, enerji məsələləri vəmədəni-humanitar əlaqələr müzakirə olunacaq. Bacarıq yönümlüsessiyalarda isə netvörkinq, mədəniyyətlərarası kommunikasiya vədigər mövzularına toxunulacaq.

Proqram cari ilin may ayında yekunlaşacaq. Sonda həyatakeçiriləcək qiymətləndirilmə prosesindən uğurla keçən diplomatlarasertifikatlar təqdim ediləcək.

Gənc
Gənc
Gənc
Gənc
Gənc
Məqalədə:
Seçilən
2
5
az.trend.az

6Mənbələr