Bakı-Quba yolunda ağır qəza baş verib.
Bakı-Quba-Rusiya sərhədi magistral yolunun 121-ci kilometrliyində iki yük avtomobil toqquşub.
News365.az xəbər verir ki, hadisə Şabran şəhəri ərazisində qeydə alınıb. “KamAZ”ın sürücüsü yanacağın bitməsi və avtomobilin nasazlığı səbəbi ilə nəqliyyat vasitəsini yolun kənarında saxlayıb. Bu zaman arxadan gələn “Mercedes” markalı yük avtomobili Kamaza çırpılıb. Qəza zamanı “Mercedes” markalı avtomobil iki yerə bölünüb. “Kamaz”da olan daş yükü isə yola dağılıb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Xəbər yenilənəcək...