AZ

Sosial paketlərin icrasına 7 milyard manatdan çox vəsait xərclənib - Baş nazir

2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

News365.az xəbər verir ki, bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, 2024-cü ildə orta pensiya məbləği 12% artaraq 494 manat, yaşa görə pensiya 11,3% artaraq 528 manata  çatıb. 

“Yaşayış minimumu  ölkə üzrə 9,8 faiz artaraq  270 manat müəyyən edilib. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub”, - Baş nazir qeyd edib.
Baş nazir əlavə edib ki, Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir: “Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunmuşdur. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib”.

Seçilən
9
10
news365.az

10Mənbələr