Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində ölümlə nəticələnən qəzaya səbəb olan sürcüyə ağır cəza verilib. Qəzanı törədən zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu məlum olub. Qəza zamanı ölən şəxs Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşı olub.
Aqşin Bəkirov idarə etdiyi “Mercedes-Benz E270” markalı avtomobillə qarşıda hərəkətdə olan “Mitsubishi L-200” markalı avtomobilə çırpılıb.
“Mitsubishi L-200” markalı maşının aşması nəticəsində Elçin Yaqubəliyev dünyasını dəyişib.
İstintaq zamanı müəyyən edilib ki, qəzanı törədən Bəkirov 2011-ci ildə ağır yol-nəqliyyat hadisəsi törətdiyi üçün uzun müddət avtomobil idarə etməyib. Hadisə günü isə avtomobili onun qardaşı idarə edirmiş. Qardaşı yorulduğu üçün sükan arxasına o keçib. Bəkirov ağrılarına və psixoloji vəziyyətinə görə narkotik vasitə istifadə etdiyini etiraf edib. Hadisəyə səbəb isə Bəkirovun sükan arxasında yuxuya getməsi olub. Avtomobil idarəetmədən çıxaraq qarşıdakı avtomobilə arxadan çırpılıb.
Ekspertiza zamanı Bəkirovun qanında tiryək aşkarlanıb. Bəkirov Narkoloji Dispenserdə qeydiyyatda imiş.
Mərhumun atası təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ağır cəza verilməsini istəyib:
“Barışığa gəlmişdilər. Amma razılaşmadıq”.
Qəza zamanı mərhumun yanında iş yoldaşı da olub. O da qəza zamanı xəsarət alıb.
İfadəsində bildirib ki, hadisədən bir neçə dəqiqə əvvəl Elçin ona deyib ki, arxadan gələn avtomobil təhlükəli sürür:
“Elçin dedi ki, bu nə edir? Sonra bilmədim necə oldu. Arxadan bizi vurdular. Maşın bir neçə dəfə fırlandı. Mən çıxanda Elçin yerdə idi. Ətrafda olanlar köməyə gəldi. Bir neçə dəqiqə sonra Elçin vəfat etdi”.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi də iş üzrə zərərçəkmiş tərəf kimi tanınıb. Qəza zamanı Agentliyə məxsus avtomobilə 27 min manat dəyərində ziyan dəyib.
Məhkəmənin hökmü ilə Bəkirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin mülki iddiası da təmin edilib.//Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta