Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubu Premyer Liqa üçün hazırlıqlarını sürətləndirir. Bölgə təmsilçisi stadionla bağlı çalışmalara start verib. Artıq meydançanın ideal vəziyyətə gətirilməsi üçün İmişliyə mütəxəssis dəvət edilib.
Mütəxəssislər bir müddətdir meydançanın durumuna baxış keçirib vəziyyətlə bağlı rəhbərliyi məlumatlandırıblar. Bölgə klubu çalışmaların tez vaxtda başlanmasını istəsə də, işlər o qədər də asan deyil.
Belə ki, mütəxəssislərin meydançanı ideal vəziyyəti gətirilməsi üçün dedikləri məbləğ rəhbərliyi ciddi düşünməyə vadar edib. Qazonun normal duruma salınması üçün 500 min manat vəsait lazımdır.
Bu, I Liqada çıxış edən klub üçün kifayət qədər ciddi məbləğdir. Ancaq mütəxəssislər bu vəsait qarşılığında görüləcək işə uzun müddət zəmanət verirlər.
Hələlik “İmişli” rəhbərliyi yekun qərarını verməyib. Çünki stadionun və meydançanın düzəldilməsi üçün bir neçə variant var. Rəhbərlik ən qısa vaxtda büdcəsinə uyğun gələn variantı seçərək çalışmalara start verəcək.
Həsən Quluzadə/İdmanxeber.az