AZ

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

Prezident İlham Əliyevin yeni Fərmanı DOST Agentliyinin fəaliyyətinin, DOST xidmətlərinin təkmilləşməsinə, optimallaşdırılmasına xidmət edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində DOST Agentliyinin fəaliyyətinə dair keçirilən infosessiya bildirilib. 

“İki sahil” xəbər verir ki,  Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının dövlət sosial xidmətlərinin əhaliyə “bir pəncərə”dən, şəffaf, operativ və vətəndaş məmnunluğuna uyğun göstərilməsində mühüm əhəmiyyətini vurğulayıb. 

DOST xidmətlərinin təkmilləşdirilməsi işlərinin daim davam etdirildiyi, yeni Fərmanla DOST xidmətləri siyahısının yeni redaksiyada verilməsinin də bunun təzahürü olduğu, son ilər aparılan sosial islahatlarla əlaqədar bu xidmətlərin sayının da davamlı olaraq artdığı  qeyd olunub.

DOST Agentliyinin fəaliyyəti ilə bağlı təqdimat edilib, ötən dövrdə DOST mərkəzlərində 3,3 milyondan çox, o cümlədən bu ilin iki ayında 159 min vətəndaşa xidmət göstərildiyi, cari ildə orta günlük müraciət sayının 4,2 min olduğu diqqətə çatdırılıb. 

Bu xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz, bu il DOST mərkəzlərinə müraciət edən vətəndaşların mərkəzlərdə orta gözləmə müddətinin 2 dəqiqə 41 saniyə, orta xidmət müddətinin isə 7 dəqiqə 28 saniyə təşkil etdiyi qeyd olunub. 

“Könüllü DOST” proqramına 140 minədək müraciət qeydə alındığı, 6,1 min nəfərin proqrama cəlb edildiyi bildirilib.

Həmçinin DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi, yeni innovativ həllərin tətbiqi, insan resurslarının idarə olunması, DOST mərkəzlərində mediasiya xidmətinin təkmilləşdirilməsi və s. sahələrdə aparılan işlərdən, Agentliyin beynəlxalq uğurlarından bəhs olunub.

İnfosessiyada qurumun fəaliyyət sahələrində aparılan işlər və qarşısında duran vəzifələr müzakirə olunub.

Seçilən
0
4
ikisahil.az

5Mənbələr