AZ

Ötən il müdafiə və milli təhlükəsizlik xərclərinə 6,6 milyard vəsait ayrılıb - Baş nazir

Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olub.

News365.az xəbər verir ki, bunu baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bu məqsədlə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb.

“İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb. 2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır”, -Baş nazir qeyd edib.
Baç nazir əlavə edib ki, Prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib. 
“Hesabat ilində elektroenergetika sahəsində infrastrukturun modernizasiyası, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sisteminə yeni generasiya güclərinin daxil edilməsi, habelə yaşıl enerjinin tətbiqi istiqamətində tədbirlər görülür”, - o qeyd edib.

Seçilən
0
1
news365.az

2Mənbələr