AZ

Yəhudilərin bütün düşmənləri "tarixin zibilliyinə düşəcək" - İsrail XİN

İsrail Xarici İşlər Nazirliyi bu günlərdə qeyd olunan yəhudilərin Purim bayramı ilə bağlı bəyanat yayaraq, yəhudi xalqının bütün düşmənlərinin gec-tez “tarixin zibilliyinə düşəcəyini” iddia edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin rusdilli Telegram kanalında dərc olunan paylaşımda deyilir.

"Purim yəhudi xalqının düşmənləri nə qədər qəddar olsalar da, sonda tarixin zibilliyinə düşəcəklərini xatırladır. Hamandan HƏMAS-a qədər yəhudilərin qatilləri özlərini məhv edəcəklər, lakin yəhudi xalqı əbədidir" - XİN-nin paylaşımında bildirilir.

Seçilən
8
ucnoqta.az

1Mənbələr