AZ

“Azərxalça” toxucular üçün xüsusi libaslar ala bilmir

“Azərxalça” ASC-nin toxucular üçün xüsusi libasların alınması ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğusunun dəyəri 34 400  manat olub.

 

Cabir Həsənov

Tarix: 14 Mart 2025, 13:33   
Seçilən
2
1
pravda.az

2Mənbələr