Düşünürəm ki, belə taleyüklü məsələlərdən danışarkən tələblərin sayına görə mühakimə yürütmək yəqin ki, yersizdir.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, hökumətin 2024-cü il üçün proqramının icrası ilə bağlı müzakirələr zamanı Ermənistan fraksiyasının deputatı Kristine Vardanyanın Azərbaycanın danışıqlar prosesində hansı güzəştlərə getməsi ilə bağlı sualını cavablandırarkən deyib:
“Bu baş verir, mən bunu istisna etmirəm, amma ümumən diqqəti başqa bir şeyə yönəltməyi təklif edirəm. Baxın, məhz bu mətnlə, sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bataqlıqdan çıxacaq, oradan çıxmasaq, boğularaq basdırılacağıq”.
Telegram kanalımız