AZ

Azərbaycan və Şimali Makedoniya münasibətlərində yeni mərhələ

Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfəri Azərbaycan xarici siyasətində açılan yeni pəncərədir. İkinci dəfə ölkəmizdə səfərdə olan xanım Qordan Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu dilə gətirib. O, Azərbaycanın haqq səsində təmsil etdiyi ölkənin Azərbaycanın yanında olduğunu bildirib.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Mətbuata birgə bəyanatla çıxış edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı vurğuladı ki, hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişafı üçün fəal iş aparılır. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır və bu əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır.

Tarixə nəzər salanda Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında ikitərəfli münasibətlərin dərin tarixi keçmişə bağlı olduğunu görürük. Bu münasibətlərin qurulmasında 30 illik tarix dayanır. 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulub.

İqtisadi əlaqələrin fonunda onu qeyd etmək olar ki, Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılır və bu il artıq müntəzəm olaraq Azərbaycan bu Avropa ölkəsinin də istehlak bazarını təbii qazla təmin edəcək. Bu gün Avropa Azərbaycan qazına ehtiyac duyur. Eyni zamanda da iki ölkə arasında energetika sahəsində ikitərəfli formatda əməkdaşlığın inkişafı istiqamətində praktiki addımlar atılır. Digər sahələrdə də əməkdaşlıq əlaqələrinin formalaşmasına və inkişafına zəmin yaradacağına dair böyük gözləntilər vardır. O cümlədən Şimali Makedoniya Prezidentinin bəyanatında ölkələrinin Azərbaycan ilə mədəniyyət, elm və təhsil və əlbəttə ki, turizm sahəsində də əməkdaşlıqda son dərəcə maraqlı olduğu xüsusi qeyd olundu.

Bütün bunların fonunda Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın səfəri münasibətlərin yeni mərhələyə keçidinə güclü zəmin yaradacaq.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı

Seçilən
3
2
ikisahil.az

3Mənbələr