AZ

Bolqarıstan hər zaman çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə tərəfdar olub - XİN rəhbəri

Bakı. Trend:

Bolqarıstan hər zaman çoxtərəfli əməkdaşlığın gücləndirilməsinətərəfdar olub.

Trend xəbər verirki, bunu Bolqarıstanın Xarici İşlər naziri Georq Georqiyev XIIQlobal Bakı Forumu çərçivəsində bildirib.

“Bu forum, qlobal problemlərin həlli üçün çoxtərəfli yanaşmayadəstəyimizi bir daha təsdiqləmək üçün yaxşı bir fürsətdir. Biz BMTNizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə və normalarınahər zaman sadiq qalırıq”, - deyə XİN başçısı bildirib.

O, həmçinin, mövcud münaqişələrin, o cümlədən Ukraynadakımüharibənin diplomatik həll yollarını tapmağın son dərəcə çətin birvəzifə olduğunu vurğulayıb. Ancaq onun dedyinə görə, bu ümumilikdəqlobal təhlükəsizliyin təmin edilməsi üçün zəruridir.

“Avropa İttifaqının üzvü olan bir ölkə kimi, Bolqarıstan ümumidəyərləri və prinsipləri, o cümlədən sülh, rifah, insan ləyaqəti,demokratiya, düzgün idarəetmə, hüququn aliliyi, insan hüquqlarınahörmət, dialoq və əməkdaşlığa bağlılığı müdafiə etməyə borcludur.Bu dəyərlər tez-tez “Avropa” və ya “Qərb” dəyərləri adlandırılır,amma onlar beynəlmilləl deyilmi? Yəqin ki, heç kim onlaırnəhəmiyyətini inkar etməz”, - Georqiev bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
20
2
az.trend.az

3Mənbələr