AZ

Tramp: “Qrenlandiyanın ilhaqı baş verəcək”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündən sonra Qrenlandiyanın ABŞ-a ilhaq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Turkustan.az xəbər verir ki, Tramp suala "Düşünürəm ki, bu baş verəcək. Biz bununla bağlı razılaşma etməliyik və Danimarka bunu edə bilməz. Danimarka ilə danışırıq. Milli təhlükəsizliyimiz üçün buna həqiqətən ehtiyacımız var" deyə, cavab verib.

Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını təkrarlayan Tramp, bölgədəki hərbi varlığın artırılması lazım olduğunu bildirib.

Tramp, "Qrenlandiyada bazalarımız var və oradakı hərbi varlığımızı artıra bilərik. Rusiya və Çin Arktika bölgəsində aktiv fəaliyyət göstərirlər. ABŞ-ın orada daha böyük rol oynaması mütləqdir"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
turkustan.az

1Mənbələr