AZ

Mən Trampla bu məsələ barədə konkret söhbət etməmişəm - Cey Di Vens

ABŞ Prezidenti Donald Tramp nüvə silahının Şərqi Avropaya yayılmasını istəmir.

“İki sahil” xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bunu “Fox News” telekanalına müsahibəsində deyib.

“Mən prezidentlə bu məsələ barədə konkret söhbət etməmişəm, lakin o, nüvə silahının Avropanın şərqində yerləşdirilməsini dəstəkləsəydi, təəccüb edərdim”, - deyə Vens Polşa Prezidenti Anjey Dudanın ABŞ nüvə silahlarının çəkindirici element kimi Polşa ərazisinə yerləşdirilməsi ilə bağlı sözlərini şərh edərkən bildirib.

Qeyd edək ki, Anjey Duda “The Financial Times” qəzetinə müsahibəsində 1999-cu ildə NATO-nun sərhədlərinin şərqə doğru genişləndiyini və bu səbəbdən 26 il sonra alyansın infrastrukturunun da şərqə doğru hərəkət etməli olduğunu vurğulayıb. O, həmçinin Donald Trampın nüvə başlıqlarını Qərbi Avropadan və ya Birləşmiş Ştatlardan Polşaya köçürə biləcəyinə şübhə etmədiyini deyib. Polşa Prezidenti bu yaxınlarda ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla da həmin məsələni müzakirə edib.

Seçilən
1
1
ikisahil.az

2Mənbələr