AZ

Nazir müavini: Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir

Bakı, 14 mart, AZƏRTAC

Dəyişən dünyada ənənəvi dəyərlər elə biz danışdığımız zamanda da pozulur, məhv edilir. BMT-nin nizamnaməsinə uyğun gəlməyən halları görməkdəyik. Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkmişdir. Biz Türkdilli Dövlətlərin Təşkilatını qurmuşuq. Hər il bu təşkilat güclənir. Qoşulmama Hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimir. Belə bir vaxtda Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov XII Qlobal Bakı Forumunun ikinci günündə baş tutan "Yeni dünya düzənində orta güclər" adlı panel sessiyada çıxış edərkən deyib.

Nazir müavini ölkələrin müstəqil qərar qəbul etmək iqtidarında olmasını vacib amil hesab edir. Bildirib ki, ölkələr milli maraqlarını üstün tutmalıdır: "Həmçinin iqtisadi müstəqillik olmadan özünüzü müdafiə edə bilməzsiniz, əgər dünyada öz yerinizi müəyyən etmək istəyirsinizsə, birmənalı olaraq güclü iqtisadiyyatınız olmalıdır", - deyə E.Məmmədov qeyd edib.

 

Seçilən
4
1
azertag.az

2Mənbələr