AZ

Vladimir Zelenski : Putinin təklifə ikitərəfli cavabı manipulyasiyadır

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə təklif olunan atəşkəslə bağlı çoxlu sualları olduğunu və Rusiyanın belə bir atəşkəsə razı olmasından əvvəl yerinə yetirilməli olan bir sıra geniş şərtləri ortaya qoyduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Kremldə Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında danışan Putin, ABŞ-ın döyüşləri dayandırmaq təklifləri ilə prinsipial olaraq razılaşdığını, lakin “münaqişənin əsas səbəblərini” həll etmək istədiyini vurğulayıb.

“İdeyanın özü düzgündür və biz bunu, şübhəsiz ki, dəstəkləyirik”, -deyən Putin əlavə edib ki, Ukrayna yenidən silahlanmamalı, nə də səfərbərlik etməməlidir və 30 günlük atəşkəs dövründə qərbin Kiyevə hərbi yardımlar dayandırılmalıdır.

ABŞ prezidenti Donald Tramp isə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən əvvəl Vladimir Putinin açıqlamasına qısa cavab verərək deyib ki, Putin “çox ümidverici bəyanat verib, lakin bu, tam cavab deyil”. ABŞ prezidenti Putinlə danışmağa hazır olduğununu da bildirib.

“Rusiyanın razı olub-olmadığını görəcəyik, yoxsa, bu, çox məyusedici bir an olacaq”- deyən Tramp əlavə edib ki, Rusiyadan atəşkəsə razı olmasını istəyir: “ Ümid edirik ki, Rusiya düzgün addım atacaq”.

Putin Ukraynanın döyüş meydanındakı vəziyyətə görə atəşkəs əldə etmək istədiyini iddia edərək, Rusiya qüvvələrinin “demək olar ki, hər yerdə irəlilədiyini” və Kiyevin ötən il gözlənilməz müdaxiləyə başladığı Kursk bölgəsinə tam nəzarət etməyə yaxınlaşdığını iddia edib.

Ukrayna prezidenti Vladimir Zelenski isə Putinin təklifə ikitərəfli cavabını “manipulyasiya” adlandırıb.
“Biz indi hamımız Putinin atəşkəs ideyasına cavab olaraq çox proqnozlaşdırıla bilən, çox manipulyasiya edən sözlərini eşitmişik”, – deyə Zelenski gecə çıxışında bildirib. “Həmişə dediyimiz kimi, hər şeyi kənara çəkəcək, qeyri-konstruktiv olacaq yeganə şəxs Rusiyadır”.Zelenski deyib ki, Putin “birbaşa prezident Trampa bu müharibəni davam etdirmək istədiyini söyləməkdən qorxur” və Rusiya liderini “atəşkəs ideyasını elə ilkin şərtlərlə qurmaqda və heç bir şeyin nəticə verməyəcəyini və ya mümkün qədər uzun müddətə işləməyəcəyini” ittiham edib.

Vətəninfo.az

Seçilən
15
veteninfo.az

1Mənbələr