AZ

BMT Təhlükəsizlik Şurası Suriyadakı zorakılığı pisləyən bəyanatla razılaşıb

BMT Təhlükəsizlik Şurası Suriyadakı zorakılığı pisləyən bəyanatla razılaşıb

BMT Təhlükəsizlik Şurası üzvlərinin Suriyanın sahilyanı ərazilərində zorakılığı pislədiyi bəyanat layihəsi ilə razılaşıb. AFN.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.Bu gün rəsmi olaraq qəbul ediləcəyi gözlənilən sənəddə Suriyanın müvəqqəti hakimiyyət orqanları etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müdafiəsini təmin etməyə çağırılır. Təhlükəsizlik Şurasının üzvləri mövqelərinin birliyini vurğulayan bəyanatla razılaşmaq üzrə konsensus əldə ediblər.Bir neçə gün əvvəl Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində ölkənin yeni rəhbərliyinin nəzarətində olan təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən birləşmələr arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib. Martın 10-da yeni hakimiyyət orqanları bu vilayətlərdə əməliyyatın başa çatdığını və Suriyanın keçmiş liderini dəstəkləyən qrupların zərərsizləşdirildiyini açıqlayıb.Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri Əsədin 250 silahlı tərəfdarı öldürülüb, təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 900-ü keçib, əksəriyyəti Ələvi icmasındandır.

Seçilən
6
afn.az

1Mənbələr