AZ

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir? - AÇIQLANDI

Bu ilin fevral ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti əvvəlki ayla müqayisədə dəyişməyərək 69,32 Mbit/s olub. 

Valyuta.az "Speedtest Global Index"ə əsasən, xəbər verir ki, ölkəmiz bu göstərici ilə 154 ölkə arasında 90-cı sırada yer alır.

Dünyada ən sürətli sabit interneti olan ilk üç  lider ölkə isə Sinqapur (345.33 Mbit/s), BƏƏ (313.55 Mbit/s) və Honkonq (SAR) (312.48 Mbit/s) olub.

Mobil internet sürətində isə Azərbaycan bir pillə geriləyərək 71.01 Mbit/s sürətini əldə edib və 103 ölkə arasında 55-ci yerdə qərarlaşıb. 

Mobil internetin sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (543.91 Mbit/s), Qətər (522.48 Mbit/s) və Küveytin (309.07 Mbit/s) olub.

Maya Hüseynova

Seçilən
13
1
valyuta.az

2Mənbələr