AZ

Sürücülər avtomobili işə salmazdan əvvəl nəfəs testi verməli olacaq - Türkiyədə yeni qayda

Türkiyədə rəsmi qəzetdə dərc edilən yeni tənzimləmə ilə nəqliyyat vasitələrində yeni qaydalar  müəyyən edilib.

Milli.Az xəbər verir ki, bu sistemlər sürücülərin alkoqol səviyyəsini ölçərək, yüksək spirt səviyyəsi olan sürücülərin avtomobili işə salmasına mane olacaq. Eyni zamanda, zolaq nəzarət sistemi də sürücünün hərəkət zolağından çıxmasına qarşı avtomatik müdaxilə edəcək.

Yeni sistemlə sürücülər avtomobili işə salmazdan əvvəl nəfəs testi verməli olacaq. Alkoqol miqdarı müəyyən səviyyədən yüksək olan sürücülər avtomobili idarə edə bilməyəcək. Bu tənzimləmə yol hərəkətində təhlükəsizliyi artırmağı məqsəd qoyur və hər bir nəqliyyat vasitəsinə spirt kilidi və zolaq nəzarət sisteminin quraşdırılmasını tələb edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
8
milli.az

1Mənbələr