AZ

Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin

Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi lazımdır.

Axar.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hökumətin hesabatının müzakirəsi zamanı deyib.

O, hesabatdan sitat gətirərək bildirib ki, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb.

"Bunun da qarşısını almaq vacibdir. Ona görə də sözügedən yöndə müvafiq addımlar atmalıyıq. Həmçinin yaş həddinin müəyyən olunması işbazların qarşısını alacaq. Bundan başqa, əti yeyilə bilən heyvanların siyahısı hazırlanmalıdır. Bəzən işbazlar mənşəyi məlum olmayan ətləri vətəndaşlara satırlar".

Komitə sədri konkret təkliflərlə də çıxış edib:

"7-8 kiloqramlıq quzuların, buzovların kütləvi kəsimi və satışı heyvandarlığın inkişafına maneədir. Bazarda ətin qiymətinin artmasına səbəb olur. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər".

Seçilən
15
16
axar.az

10Mənbələr