Tacikistanla Qırğızıstan arasında 4 il sonra uçuşlar bərpa edilib.
Ölkə.Az xarici KİV-ə istomadla xəbər verir ki, bu barədə Qırğızıstan Hava Limanları İnc.-nin mətbuat katibi Alena Xomenko sosial şəbəkələrdə paylaşım edib.
Açıqlamada Tacikistanın "Somon Air" aviaşirkəti Düşənbədən havaya qalxan təyyarənin Manas beynəlxalq hava limanına uğurla eniş etdiyini bildirib.
Qeyd edək ki, 2021-ci ilin mayında Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsinə görə silahlı münaqişə baş verib. Hadisələr nəticəsində Qırğızıstan tərəfdən 31 nəfər ölüb, 154 nəfər yaralanıb, Tacikistan tərəfdən isə 10 nəfər ölüb, 84 nəfər yaralanıb.
Bundan sonra Qırğızıstan Tacikistan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Həmin vaxtdan Düşənbə və Bişkek arasında uçuşlar dayandırılıb.
Qırğızıstan hakimiyyəti 2021-ci ilin iyununda hava sərhədi də daxil olmaqla Tacikistanla sərhədi (gömrük qapılarını) rəsmən bağlamışdı.
Billurə Yunus