Ağdam. Trend:
Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı rayonununBallıca kəndinə 98 nəfərdən ibarət 24 ailənin növbəti köçü baştutub.
Trend xəbərverir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarından yolasalınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarındaXankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarıqarşılayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin və mətbuat nümayəndələrinin iştirakı ilə onlaramənzillərin açarı təqdim edilib və ailələr yeni evlərindəyerləşiblər. Bununla da bugünədək Xocalı rayonunun Ballıca kəndinəümumilikdə 136 ailə, 660 nəfər köçürülüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini SəbuhiQəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsixüsusi diqqətdə saxlanılır.Kəndə köç edən sakinlər müvafiq qurumlartərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlətəmin ediləcək, müxtəlif dövlət qurumlarında, ictimai iaşəobyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digəryerlərdə çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur,şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, ictimai iaşəobyektləri və s. imkanlar mövcuddur.
Qeyd edək ki, Ballıca kəndinə köç bundan sonra da mərhələlişəkildə davam edəcək. Bunun üçün kənddə təmir və bərpa tikintiişləri davam etdirilir.