AZ

Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT təşkilatçılığı ilə keçirilən “AgroEco” hakatonu yekunlaşdı -Fotolar



Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən “AgroEco” hakatonu yekunlaşdı.

Hakatonun ilkin mərhələsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin elmi katibi Akif Vəliyev və BDU-nun Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı tələbələrə aqroekologiya, kənd təsərrüfatı və ətraf mühit problemlərində innovativ həllərin axtarılması istiqamətində ideya yönümlü təlim keçiblər.

Hakatonun ikinci mərhələsində BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin layihələrlə iş üzrə departamentinin sədri Fidan Qəniyeva iştirakçıları layihənin yazılması və idarəolunması sahəsində əsas biliklər, SMART layihənin qurulması üsulları ilə tanış edib.

Yarışın üçüncü mərhələsində iştirakçılar beş komandaya bölünərək diskussiyalar aparıblar.

Final mərhələsində 5 komandanın hər biri hazırladıqları layihələri təqdim ediblər. Münsiflər heyətinin qərarına əsasən, “Aguadrop” komandasının “Damcı suvarma sistemlərində su istifadəsinin optimallaşdırılması” layihəsi I yeri tutub. II və III yerləri isə “Terranova” və “GreenGenius” komandaları qazanıb. Qalib komandalara kubok, medallar və sertifikatlar verilib.



Seçilən
19
aia.az

1Mənbələr