AZ

"BakuBus" 2 maşını əzdi - VİDEO

Bakıda "BakuBus" avtobusu qəza törədib.

News365.az xəbər verir ki, hadisənin Həzi Aslanov metrostansiyasının qarşısında baş verdiyi bildirilir.

Videoda 2 avtomobilə ciddi ziyan dəydiyi görünür.

"BakuBus" MMC-dən bildirilib ki, bugün saat 10:20 radələrində 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90JY786 avtobusun iştirakı ilə, Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol nəqliyyat hadisəsi baş verib:

"Nəqliyyat vasitəsini idarə edən sürücü - Təhməzov Raminin  verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayananan digər nəqliyyat vasitələri 10KR201 və 77HS309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib.

Hadisə ilə bağlı müvafiq aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb.

Hadisə ilə bağlı bütün sərnişinlərimizdən üzr istəyir,  oxşar halların təkrarlanmaması üçün bütün zəruri tədbirlərin həyata keçiriləcəyini bildirmək istərdik" - açıqlamada bildirilib.


Seçilən
13
6
news365.az

10Mənbələr