AZ

Azərbaycanda bir şagirdə dövlət büdcəsindən nə qədər vəsait ayrılır? – VİDEO

“2025-ci il üçün Azərbaycanın təhsil büdcəsi 5 milyard manata yaxındır. Bu vəsaitin 47%-i ümumtəhsilə aiddir”.

KONKRET.az xəbər verir ki, bunu “TV1“-ə özəl açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, əvvəllər sözügedən ayrılma 55% idi, indi bu göstərici 47 %-ə düşüb:

“Hazırda Azərbaycanda 1 milyon 700 min şagird təhsil alır. Orta hesabla ölkədə dövlət ümumtəhsil məktəblərində təhsil alan hər bir şagirdə dövlət büdcəsindən 1300 manat vəsait ayrılır. Bu məbləğ məktəbin növünə və tipinə görə, azalıb-arta bilir”.

Qeyd edək ki, müsahibədə bu gün ölkədə fəaliyyət göstərən özəl liseylərdə təhsil haqları ilə bağlı maraqlı açıqlamalar verilib.

Daha ətraflı videomüsahibədə:

Seçilən
1
konkret.az

1Mənbələr