AZ

Azərbaycanın 3 yığmasının baş məşqçiləri bəlli olub

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının baş məşqçiləri bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Elxan Abdullayev U-19-dakı vəzifəsində qalıb. İlham Yadullayev U-18 (2008-ci il təvəllüd), Aqil Nəbiyev U-17 (2009-cu il təvəllüd) yığmalarına baş məşqçi təyin ediliblər. Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, bunadək Nəbiyev U-16, Yadullayev U-17-ni çalışdırırdı.

İdman.biz

Seçilən
2
idman.biz

1Mənbələr