“Çinli alıcı neftin ödənişini vasitəçiyə yuanla ofşor hesaba köçürür. Daha sonra pul kriptovalyutaya çevrilir, başqa hesaba köçürülür, bundan sonra Rusiyaya göndərilir və rubla dəyişdirilir. Neft ticarətində kriptovalyuta əməliyyatlarının həcmi ayda on milyonlarla dollara çatır”, - mənbələrin agentliyə ötürdüyü məlumatda bildirilir.
Kriptovalyuta hesablaşmalarının artmasına baxmayaraq, Rusiyada neft əməliyyatlarının əsas hissəsi hələ də ənənəvi valyutalarda, o cümlədən BƏƏ dirhəmi ilə həyata keçirilir.
![]() |
Tramp Rusiyanın əsas banklarını yenidən blokladı |
Qeyd edək ki, Hindistanın Rusiyadan neft idxalı mart ayında enişdən sonra yenidən artıb, habelə aşağı qiymətlər səbəbindən çinli alıcılar da Rusiyabazarına qayıdıblar.
Lakin sanksiyaları gücləndirən Donald Tramp administrasiyası Rusiyanın neft-qaz və bank sektorlarına, o cümlədən ABŞ-nin ödəniş sistemlərinə çıxışa yeni məhdudiyyətlər tətbiq edir.
Sahil İsgəndərov
AzVision.az